Kabin qapısının quraşdırılması mərtəbə qapısından ayrı iş paketi kimi görünür; əslində qaşıq ikisini bağlayır. Eşik kabin döşəməsinə paralel deyilsə sürgü zorlanır, yastıq tez bitir, işıq pərdəsi durmadan kəsir. ECHO «Kabin qapısının quraşdırma təlimatı» bu ox və boşluqları təsvir edir. Aşağıdakı bəndlər təlimatın yerini tutmur; sahədə PDF açıq durmalıdır.
Quraşdırmadan əvvəl hazırlıq
Eşik və panel
Eşik kabin döşəməsi ilə mərtəbə eşiyinin eyni müstəvidə görüşəcəyi xəttdir. Kot fərqi ilişmə və əlil arabası/xərək ilişməsi deməkdir. Panellər bələdçi relsdə sürtünmədən getməlidir; «sıx dursa daha möhkəm» yanaşması mühərriki yorur. Boşluqlar təlimat cədvəlindədir; gözəyarı buraxılmır.
Qaşıq, qıfıl və təhlükəsizlik kənarı
Qaşıq hər mərtəbədə qıfıl qarşılığını eyni nöqtədə tutmalıdır. Bir mərtəbədə tutur, o birində buraxırsa problem qapı qanadı deyil, quyunun şaquliliyi və ya qaşıq tənzimidir. İşıq pərdəsi və ya təhlükəsizlik kənarı həm bağlanarkən, həm (varsa) açılarkən sınaqdan keçirilir; lentə etiket yapışdırıb «tamam» deyilmir. Qıfıl mikroaçarı boş buraxılsa liftin hərəkət icazəsi səhv qalır.